12px13px15px17px
Tarix:14/09/17

Bu brauzerin payı uzun müddətdən sonra ilk dəfə azalıb

"NetMarketShare" servisinin məlumatına görə, qlobal brauzerlər bazarında "Chrome"un payı azalıb.
2017-ci ilin avqustuna olan məlumata görə, "Chrome" brauzeri qlobal miqyasda kompüterlərin 59,38%-də internetə çıxış üçün istifadə edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Chrome" ilk dəfə 2016-cı ilin aprelində "Internet Explorer"i geridə qoyaraq ən populyar brauzer olub. O vaxtdan etibarən "Google"un brauzeri bazar payını davamlı olaraq artırıb.

"Microsoft" şirkəti 2016-cı ilin əvvəlində "Internet Explorer" brauzerinin 11-ci versiyası istisna olmaqla bütün versiyalarının dəstəyini dayandırdıqdan sonra "Internet Explorer" brauzerinin populyarlığı azalmağa başlayıb.

İndi ABŞ korporasiyası "Edge" adlı başqa brauzerini aktiv şəkildə tanıtdırır. Ancaq 2017-ci ilin avqustunda bu brauzerin bazar payı 0,01% artaraq 5,66% təşkil edib.

"Microsoft" şirkətinin bəyanatına əsasən, hazırda "Edge" brauzeri 330 milyon aktiv qurğuda quraşdırılıb.

Emil Hüseynov




Baxış sayı: 293

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024