12px13px15px17px
Tarix:15/09/17

İsveçrədə qatlanan kuryer dron yaradılıb

İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin mühəndisləri yük daşıyan və dayanma zamanı ölçüsü kiçildilən bükülən kuryer pilotsuz uçan aparat yaradıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, dronun karkasının karbon lifindən hazırlanması uçan aparatın konstruksiyasını yüngül və möhkəm edib.  

Məlumata görə, işlək vəziyyətdə zəncirotuna bənzəyən dron 500 qramadək yük daşıya bilir, lakin gələcəkdə bu göstəricinin artırılması planlaşdırılır. Açılıb-yığılan konstruksiya təkcə yükü deyil, aparatın propellerlərini qoruyur, eləcə də enmə zamanı ətrafdakı insanları fırlanan pərlərdən mühafizə etməyə imkan verir.

Mütəxəssislərin sözlərinə görə, pilotsuz uçan aparat bir sıra avtonom funksiyalara da malikdir ki, onlara da qurğunun işində ehtiyac duyulur. Onların fikrincə, belə pilotsuz uçan aparatlar gələcək logistikanın əsasını təşkil edir.

Nizam Nuriyev
 





Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024