12px13px15px17px
Tarix:18/09/17

Süni intellekt radiodalğalarla yuxunun keyfiyyətinə nəzarət edəcək

Bu gün yuxunun pozulması səbəblərinin diaqnostikası adətən xəstənin xüsusi laboratoriyada yuxuya mane olan altdan geyilən və başa taxılan ötürücülərlə qalmasını tələb edir. Massaçusets Texnologiya İnstitutunun (MTI) və Massaçusets Xəstəxanasının tədqiqatçıları belə ötürücülərdən istifadə etmədən noutbuk ölçüsündə radiodalğalar şüalandıran qurğu vasitəsilə yuxunun monitorinq üsulunu hazırlayıblar.  

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, bədəndən əks edilən dalğaların analizi az nəzərəçarpan hərəkətləri, o cümlədən ürək döyüntülərini və nəfəsin azalmasını qeydə almağa imkan verir. Tədqiqatçılar dərin neyron şəbəkəsini bədən hərəkətləri, ürək ritmi və nəfəs tezliyi xarakteri üzrə yuxu mərhələlərini (yuxuya getmə, yavaş və tez yuxu) tanımağı öyrədiblər. Bu halda institut mütəxəssisləri tərəfindən hazırlanan xüsusi alqoritm kənar radiosiqnal dəyişikliklərini effektiv şəkildə qovmağa imkan verir.

Sınaq nəticələrinə görə, sistemin dəqiqliyi 80 faiz təşkil edir ki, bu da elektroensefaloqraf vasitəsilə edilən yuxu monitorinqinə uyğundur. Tədqiqatçıların fikrincə, vaxt gələcək ev “Wi-Fi” marşrutlayıcıları istifadəçilərin yuxusunu izləyə və rejimin dəyişdirilməsi (məsələn, dərin yuxu fazası kifayət qədər uzun deyil) ilə bağlı tövsiyələr verə biləcəklər.

Nizam Nuriyev 




Baxış sayı: 285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024