12px13px15px17px
Tarix:18/09/17

“Nokia 2” smartfonu sertifikasiyadan keçib

"HMD Global" şirkəti ilin əvvəlindən "Nokia" markalı dörd smartfon (ucuz Nokia 3, orta səviyyəli Nokia 5 və Nokia 6, eləcə də qabaqcıl Nokia 8) təqdim edib. Bundan başqa, internetdə nümayiş olunmayan iki qurğu (Nokia 2 və Nokia 9) barədə məlumatlar dərc olunub. Məlumata görə, sonuncu "Nokia 8" kimi qabaqcıl model olacaq. İstehsal xəttinin ən ucuz smartfonu "Nokia 2"-nin isə bir sıra maraqlı xüsusiyyətlərə malik olacağı gözlənilir.

"ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, "Nokia 2" ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikasiyadan keçib. Qurğunun akkumulyator tutumunun 4 min milliamper/saat təşkil etməsi ona uzun müddət işləməyə imkan verəcək.

"Nokia 2" smartfonunun 5 düym diaqonallı "HD" təsvir ölçülü ekran, "Snapdragon 212" prosessoru, 1 giqabaytlıq operativ yaddaş və aktual "Android" versiyası ilə təchiz ediləcəyi ehtimal olunur.

Nizam Nuriyev 




Baxış sayı: 289

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024