12px13px15px17px
Tarix:18/09/17

“Google” yaxınlıqda yerləşən istifadəçilərə pul göndərmək üçün mobil proqram təqdim edib

“Google” şirkəti “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün “Tez” mobil proqramını istifadəyə verib. Bu mobil proqramın köməyi ilə hindistanlı istifadəçilər bir-birinə pul göndərə, həmçinin rəqəmsal ödənişi dəstəkləyən mağaza və kafedə alış-veriş edə biləcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, mobil proqram “Unified Payments Interface” (“UPI”) sistemi əsasında işləyir. Sözügedən mobil tətbiq Hindistan Milli Ödəmə Korporasiyası tərəfindən hazırlanıb və komissiyasız pulköçürmələri etməyə imkan verir.

“Cash” rejimində yaxınlıqda yerləşən dostların hesabına dərhal pul köçürmək mümkündür.

“Tez” mobil proqramı Hindistanın 55 bankını dəstəkləyir. Bütün əməliyyatlar  “UPI PIN” sayəsində qorunur, proqrama “Google PIN” və ya barmaq izləri skaneri vasitəsilə giriş mümkündür.

Emil Hüseynov






Baxış sayı: 465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024