12px13px15px17px
Tarix:19/09/17

2019-cu ildə “5G” smartfonları satışa çıxarılacaq

“Qualcomm” şirkətinin baş direktoru Stiven Molenkofun fikrincə, 2019-сu ildə “5G” rabitə texnologiyasını dəstəkləyən smartfonlar satışa çıxarılacaq.

Molenkof qeyd edib ki, hazırda internetə sürətli çıxışa tələbat artır və bu amil smartfon istehsalçılarını 2020-ci il deyil, artıq 2019-cu ildə “5G” dəstəkli yeni smartfonlar təqdim etməyə vadar edir.

"Biz 2019-cu ildə “5G” smartfonlarından istifadə edə biləcəyik. Əgər məndən bu barədə ötən il soruşsaydılar, düşünmədən deyərdim ki, “5G” smartfonları 2020-ci ildə təqdim ediləcək" – Frankfurtda keçirilən Beynəlxalq Avtomobil Salonunda “Qualcomm” şirkətinin baş direktoru deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, Molenkofun sözlərinə görə, ABŞ, Yaponiya və Cənubi Koreyada bəzi operatorlar 2019-cu ildə “5G” texnologiyasının istifadəyə verilməsinə hazır olacaqlar. Ehtimal ki gələn il Çin provayderləri də bu sıraya qoşulacaq.

"Mən hesab edirəm ki, həmişəki kimi, Koreya, Yaponiya və ABŞ ilk pionerlərdən olacaq. Biz bütün bu adıçəkilən regionlarda tələbat artımını görəcəyik və bu o deməkdir ki, bir sıra operatorlar birinci ola və rəqiblərini geridə qoya bilərlər" – Molenkof deyib.

Emil Hüseynov




Baxış sayı: 294

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024