12px13px15px17px
Tarix:20/09/17

Bu il daşınan qurğular bazarının həcmi 120 milyon ədədi ötəcək

“International Data Corporation” (IDC) şirkəti 2017-ci və sonrakı illər üçün dünya daşınan qurğular bazarı üzrə proqnozunu açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, ötən il qlobal miqyasda 104,4 milyon daşınan qurğu satılıb. Məlumatlarda “ağıllı” saat və fitnes bilərziklə yanaşı, geyimə bərkidilən müxtəlif qurğuların, eləcə də qulaqcıqların tədarükü nəzərə alınıb.

Proqnozlara görə, bu il daşınan qurğuların ümumu tədarük həcmi 121,7 milyon ədədə çatacaq. Bu, ötən illə müqayisədə 16,6 faizlik artıma uyğundur.  

“IDC” analitiklərinin fikrincə, “ağıllı” saatların tədarükü cari ildə 67,4 milyon ədəd təşkil edəcək. Bu, daşınan elektronika bazarının ümumi həcmində 55,4 faizlik paya bərabər olacaq.

Bildirilir ki, daha 47,6 milyon ədəd fitnes bilərziklərin payına düşəcək. Bu qurğuların ümumi tədarükdə payı 39,1 faizə yaxın olacaq. Beləliklə, digər qurğuların bazar payı 5,5 faiz təşkil edəcək.

“IDC” mütəxəssisləri həmçinin qeyd edir ki, 2021-ci ilədək dünya daşınan qurğular bazarının həcmi 229,5 milyon ədədə çatacaq. 2017-2021-ci illərdə mürəkkəb faizlərdə ortaillik artım tempi 17,2 faiz proqnozlaşdırılır.

Nizam Nuriyev 




Baxış sayı: 314

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024