12px13px15px17px
Tarix:21/09/17

“Android” əməliyyat sistemində yeni mobil ziyanverici proqram aşkarlanıb

“Android” əməliyyat sistemi ilə çalışan mobil qurğuları hədəf alan “RedAlert 2.0” adlandırılan yeni ziyanverici proqram aşkar olunub. Araşdırma nəticəsində məlum olub ki, “RedAlert” troyanı sosial şəbəkə və ya bank tranzaksiyaları üçün istifadə olunan tətbiqetmələrə yoluxdurulub. “Android 6.0” və bu əməliyyat sisteminin əvvəlki versiyalarında işləyir.
 
Yoluxmanın səbəbi isə 3-cü tərəf mobil mağazalardan yüklənmiş tətbiqetmələrdir. “RedAlert” mobil telefona yoluxan zaman telefondakı bütün faylların surətini çıxarır və telefonda istifadəçinin xəbəri olmadan zərərli tətbiqetmələri avtomatik olaraq quraşdırır. Belə ki, troyan proqamın əslini saxta proqramın istifadəçi interfeysi ilə dəyişir və saxta tətbiqetmədə giriş məlumatlarının yenidən yazılması tələb olunur. Bununla da istifadəçi həssas məlumatlarını (e-poçt, şifrə, bank məlumatları) saxta tətbiqetməyə daxil edərək məlumatlarını qarşı tərəfə ötürmüş olur.
 
Yoluxan məhşur tətbiqetmələrdən “Whatsapp+” , “Viber”, “Adobe Flash Player” və s. qeyd edə bilərik.
 
Təhlükədən qorunması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “Android” istifadəçilərinə aşağıdakıları tövsiyə edir:
– mobil telefonunuza qeyri-rəsmi mənbələrdən heç bir tətbiqetmə yükləməyin;
 
– rəsmi olmayan tətbiqetmələrin telefonunuzda sms, əlaqə nömrələrinə, qalereya bölmələrinə girişinə məhdudiyyət qoyun.
 




Baxış sayı: 395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024