12px13px15px17px
Tarix:23/09/17

Robot stomatoloq ilk əməliyyatını edib

Çin mütəxəssislərinin hazırladığı robot diş həkimi fəaliyyətə başlayaraq ilk əməliyyatını keçirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, yeni protezin yaradılması ilə nəticələnən əməliyyat zamanı robot xəstəyə yeni dişlər qoyub.

Robot üçün mümkün səhvlərin yaranmasını tam aradan qaldıran proqram təminatı beş ilə yaxın müddətdə yaradılıb. Bununla belə, robot işdə özünü yaxşı göstərərək implantları 0,2 mm səhvlə qoyub.

Məlumata görə, proses ixtisaslı cərrahlar və digər tibb işçiləri tərəfindən izlənilsə də, robotun onların köməyinə ehtiyacı qalmayıb. Belə ki, bir saat sonra Sian şəhərinin sakininə yeni dişlər qoyulub.

Qeyd edək ki, Çində stomatoloq xidmətlərinə ehtiyac duyan çoxlu insanlara rast gəlmək mümkündür, eyni zamanda mütəxəssis çatışmazlığı müşahidə olunur. Bundan başqa, hazırda dişlərin üçölçülü (3D) printerlərdə çap edilməsinə baxmayaraq ölkədə diş həkimləri qarşısında uzun növbələr yaranır. Belə robotların isə problemi qismən də olsa həll edəcəyi gözlənilir.

Nizam Nuriyev
 





Baxış sayı: 475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024