12px13px15px17px
Tarix:26/09/17

Kompüter oyunları üçün ən güclü prosessor təqdim edilib

"Intel" şirkəti kompüterlər üçün nəzərdə tutulmuş 8-ci nəsil yeni "Core" prosessorlarını təqdim edib. Ən məhsuldar modellərdən biri və ən güclü oyun çipi adlandırılan "Intel Core i7-8700K" prosessoru 6 nüvə və 12 hesablama axınına malikdir.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, "Intel" şirkətinin baş meneceri Anand Şrivas bildirib ki, 5 oktyabr tarixindən etibarən yeni məhsulları sifariş etmək mümkündür.

Şirkət ümumilikdə 6 yeni çip təqdim edib. Masaüstü istehsal xəttinə 4 ədəd 6 nüvəli və 2 ədəd 4 nüvəli prosessor daxil edilib: "Core i7-8700K" ($359) və "Core i7-8700" ($303), "i5-8600K" ($257 ilə) və "i5-8400" ($182), "Core i3-8350K" ($168) və "Core i3-8100" ($117). Təqdim edilmiş bütün yeni prosessorlar "Intel Optane" sürət yaddaşını dəstəkləyir, "LGA 1151" soketi və "Intel Z370" çipsetindən istifadə edir. Prosessorlar 10 nanometrlik texnoloji proses normalarına riayət edilməklə istehsal ediləcək.

Emil Hüseynov




Baxış sayı: 635

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024