12px13px15px17px
Tarix:27/09/17

“Twitter” mesajlara qoyulmuş limiti artırmağı sınaqdan keçirir

“Twitter” mikrobloqlar xidməti mesajlara qoyulmuş məhdudiyyəti 280 simvoladək artırmağı sınaqdan keçirir.

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, bundan əvvəl mikrobloqlar xidmətində mesajlara qoyulmuş məhdudiyyət 140 simvola bərabər idi.

"Biz istəyirik ki, hər bir insan “Twitter”də öz fikirlərini rahat şəkildə ifadə edə bilsin və buna görə biz mesajların uzunluğunu 280 simvoladək artırmaq üzərində işləyirik" – şirkətin meneceri Aliz Rouzen deyib. Məlumata görə, mesajlarda limitin artırılması yapon, Çin və Koreya dillərinin özəlliklərinə görə bu dillərə aid edilməyəcək. Rouzen, həmçinin qeyd edib ki, hazırda yenilik yalnız kiçik qrup üçün əlçatan olacaq.

ABŞ-ın “Twitter Inc.” şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin əsas məhsulu 140 simvoldan ibarət mesajlarla ictimai mübadilə üçün sosial şəbəkədir.

Emil Hüseynov




Baxış sayı: 394

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024