12px13px15px17px
Tarix:12/10/11

Balakən Poçt filialında 1 saylı şəhər Poçt şöbəsi yaradıldı

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 2009-2013-cü illər üçün dövlət proqramının icrasından irəli gələn məsələlərlə bağlı RİTN tərəfindən görülmüş işlərə uyğun olaraq “Azərpoçt”MMC tərəfindən iş yerlərinin yaradılması, poçt şöbələri üçün binaların tikilməsi, yeni poçt şöbələrinin açılması, estetik vəziyyətinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin və tezliyinin artırılması istiqamətində müəyyən işlər yerinə yetirilməkdədir.

Görülmüş işlərin davamı olaraq bir sıra poçt filiallarının xidmət ərazilərində yeni poçt şöbələri açılaraq əhalinin istifadəsinə verilib. “Azərpoçt” MMC-dən verilən məlumata görə, bu günlərdə Balakəndə də Yeni Yaşayış massivində 1 saylı şəhər Poçt şöbəsi fəaliyyətə başlayacaq.

Poçt şöbəsinə AZ-0801 saylı Poçt indeksi verilməsi nəzərdə tutulub. Qeyd edək ki, əvvəllər rayonun böyük bir hissəsini əhatə edən həmin ərazidə poçt şöbəsi olmayıb.



Baxış sayı: 1638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020