12px13px15px17px
Tarix:29/09/17

Azərbaycan “ITU Telecom World” sərgilərində fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib

Koreya Respublikasının Busan şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik ənənəvi "ITU Telecom World 2017" beynəlxalq sərgi-konfransı başa çatıb. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan "ITU Telecom World 2017"də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə geniş nümayəndə heyəti ilə təmsil olunub.

 

"AZƏRTAC" xəbər verir ki, dörd gün ərzində 20 min nəfərə yaxın ziyarətçinin baş çəkdiyi "ITU Telecom World 2017" beynəlxalq sərgisində Azərbaycan milli pavilyonunda ölkəmizdə İKT sektorunda həyata keçirilən layihələrin, startapların, mobil operatorların ən yeni xidmətlərinin, Yüksək Texnologiyalar Parkının fəaliyyətinin, "Elektron hökumət" portalının təqdimatı olub.
 

Qeyd edək ki, sərginin ən çox maraq doğuran pavilyonlarından biri də məhz Azərbaycan pavilyonu olub. Xüsusi vurğulamaq lazımdır ki, ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq "ITU Telecom World" sərgilərində milli pavilyon ilə təmsil olunur. Bu il isə Azərbaycan Avropadan və Regional Rabitə Birliyində təmsil olunan dövlətlərdən sərgidə milli pavilyon ilə təmsil olunan yeganə ölkə olub.
 

Sentyabrın 28-də sərginin yekunu olaraq Beynəlxalq Telekommunikasiya İttifaqının müxtəlif nominasiyalarda mükafatlarının qalibləri açıqlanıb. "ITU Telecom World" sərgilərində bir neçə il davamlı və fəal iştirakına görə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin xüsusi təşəkkürnamə sertifikatı ilə təltif olunub. Bundan başqa, nazirliyin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı sərginin ən yaxşı innovativ fərdi iştirakçı mükafatına, milli pavilyonumuzda təqdim olunan "Sağlam yaşam platforması" sosial sahə üzrə ən yaxşı layihələrdən biri kimi sertifikata layiq görülüb.








Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024