12px13px15px17px
Tarix:29/09/17

Süni intellekt elektrik enerjisinin oğurlanması ilə mübarizə aparacaq

Tezliklə elektrik enerjisini oğurlayan insanlara süni intellekt nəzarət etməyə başlayacaq. Müvafiq alqoritm Lüksemburq Universitetinin ekspertləri tərəfindən hazırlanaraq Braziliyada uğurla sınaqdan keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, Braziliya eksperimentlər üçün təsadüfi seçilməyib. Belə ki, ölkədə elektrik enerjisinin oğurlanması problemi xüsusilə kəskin xarakter alıb: rəsmi statistikaya görə, istehlakçıların 40 faizi sayğac göstəricilərini dəyişir. Lakin bu haldan inkişaf etmiş ölkələr də sığortalanmayıb. Məsələn, Böyük Britaniyada elektrik enerjisi sayğacları ilə fırıldaqçılıqdan illik ziyan 440 milyon funt-sterlinq təşkil edir.  

Məlumata görə, Lüksemburq tədqiqatçılar qrupu alqoritmi 5 il ərzində 3,6 milyon Braziliya evində testdən keçirib. Alimlər aylıq sayğac göstəricilərinin məlumatlarını toplayaraq onların əsasında süni intellektə malik işlək alqoritm kəşf ediblər. Alqoritm evdə elektrik enerjisindən istifadə olunduğu halda enerji istehlakının şübhə doğuran aşağı olma vaxtını müəyyənləşdirə bilir. Məlum olub ki, süni intellekt bütün potensial fırıldaqçılıq hallarını və ya sayğacların sıradan çıxması və elektrik şəbəkələrində pozuntularla əlaqədar səhv ölçmələri düzgün şəkildə aşkarlayır.

London Universitetinin Energetika İnstitutunun mütəxəssisi Pol Ruysveltin sözlərinə görə, süni intellektin hətta 10 faiz elektrik enerjisi oğurlayan insanları dəqiqliklə müəyyənləşdirməsi xüsusilə maraq doğurur. Bununla yanaşı, alqoritmdən həmişə istifadə mümkün olmur. Məsələn, yanaşı binalar üçün müxtəlif səviyyəli elektrik enerjisindən istifadə daha məqsədəuyğundur.

Nizam Nuriyev 




Baxış sayı: 364

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024