12px13px15px17px
Tarix:29/09/17

“Nokia 3310” telefonu “3G” şəbəkəsini dəstəkləməyə başlayıb

"Nokia" brendinin sahibi "HMD Global" şirkəti "3G" şəbəkəsini dəstəkləyən "Nokia 3310" mobil telefonunu təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, əvvəllər yenilənmiş "Nokia 3310" versiyası "2G" şəbəkəsi ilə işləsə də, bir sıra ölkələr bu standartdan istifadədən imtina edib. Şirkət nümayəndələrinin sözlərinə görə, "3G" şəbəkəsinin dəstəklənməsi telefona çoxsaylı alıcıların xahişi ilə əlavə olunub.

Məlumata görə, "interfeysi yaxşılaşdırılan "Nokia 3310 3G" əvvəlki modeldən düymələr arasında məsafənin artırılması ilə seçilir. Bundan başqa, istehsalçı mavi və kömür rəngini əlavə etməklə rəng çalarını genişləndirib.

Əvvəllər olduğu kimi, telefon 2,4 düym diaqonallı "QVGA" ekran, işıqlandırıcıya malik 2 meqapikselli kamera, 1200 milliamper/saat tutumlu akkumulyator və "MicroSD" çıxışı ilə təchiz edilib. Satışlarına oktyabrda başlanacaq "Nokia 3310 3G" telefonunun qiyməti Avropa bazarında 68 avro təşkil edəcək.

Xatırladaq ki, "Nokia 3310" mobil telefonunun yeni modeli fevralın 26-da Barselonada keçirilən "MWC 2017" sərgisində təqdim olunub.

Yeni "Nokia 3310" 320х240 piksel təsvir ölçülü 2,4 düym ekranla təchiz edilib. Həmçinin qurğu 2 meqapikselli kameraya malikdir və "microSD" yaddaş kartını dəstəkləyir. Əvvəlki modellə müqayisədə telefon nazik və yüngüldür.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, bir dəfə enerji ilə doldurulan batareya 22 saatlıq danışıq üçün kifayət edir ki, bu da orijinal qurğuya nisbətdə 10 dəfə çoxdur.

Boz, göy, qırmızı və sarı rənglərlə satışa çıxarılan telefonun qiyməti 49 avro təşkil edir.

Qeyd edək ki, 2000-ci ilin sonunda buraxılan "Nokia 3310" modelinin satışı 126 milyonu ötüb. İnternetdə aparatın dünyada ən möhkəm materialdan düzəldilməsinin xarakterizə edilməsi barədə məlumatlar geniş yayılıb. Belə ki, Britaniya KİV-i 17 il əvvəl satın alınan və indiyədək işləyən "Nokia 3310" modelini tapıb ictimaiyyətə təqdim edib.

Nizam Nuriyev 




Baxış sayı: 268

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024