12px13px15px17px
Tarix:12/10/11

ABŞ-da “Google” yenidən populyarlaşıb

ABŞ-da internet axtarış bazarında “Google” şirkətinin payı yenidən artmağa başlayıb,- “comScore” monitorinq şirkətinin son hesabatında qeyd edilib.

Onun məlumatlarına əsasən, avqust ayında “Google”-un bazar payı 64,8%-ə kimi azalıb və bu göstərici son 2 ildə ilk dəfə qeydə alınıb. 2009-cu ilin avqust ayından “Google”-un payı bazarda sabit olaraq 65% olub.

Bununla belə, artıq sentyabr ayında internet nəhəngi itirilmiş mövqeləri geri qaytarıb və şirkət son ayı 65,3% bazar payı ilə tamamlamağı bacarıb.

“ComScore” monitorinq şirkəti qeyd edib ki, “Google” əsas rəqibi “Yahoo”-nun hesabına axtarış bazarı hissəsini geri qaytarmağı bacarıb. Qeyd edək ki, “Yahoo”-nun bazar payı avqust ayındakı 16.3% göstərici ilə müqayisədə azalaraq 15.5% olub.

“ZK Research”-ın baş analitiki Zeus Kerravala bildirib ki, hərçənd ki “Google” şirkətinə 65%-lik sərhədi saxlamaq getdikcə çətinləşir, lakin şirkət əvvəlki kimi internetdə üstün mövqeyə malikdir və rəqiblərini xeyli geridə qoyub.



Baxış sayı: 1174

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024