12px13px15px17px
Tarix:03/10/17

Yeni texnologiya otaqdakı istənilən əşyanı məsafədən idarəetmə pultuna çevirəcək

Yeni texnologiyanın yaradıcıları əmin edirlər ki, tezliklə otaqda məsafədən idarəetmə pultunun axtarışı ilə bağlı əzablı dəqiqələr sona çatacaq. Artıq əl altında olan istənilən əşya vasitəsilə televizoru idarə etmək mümkün olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, Lankaster Universitetinin alimləri bu problemlə məşğul olublar. Onlar tərəfindən hazırlanmış qurğu əl hərəkəti və ya otaqda başqa əşyaların yerdəyişməsindən sonra kanalları dəyişdirməyə imkan verir. Texnologiya “Matchpoint” adlandırılıb.

Qurğu obyektlərin hərəkətini izləmək üçün veb kameradan istifadə edir. Pultun proyeksiyası bədənə və ya otaqdakı istənilən əşyanın üzərinə yönləndirilir. Məsələn, başı döndərməklə kanalları çevirmək, əli fırlatmaqla isə gurluğu tənzimləmək olar.

Texnologiyanın özəlliyi ondan ibarətdir ki, onu mənzildə aktivləşdirərkən ilkin sazlama tələb olunmur.

Emil Hüseynov




Baxış sayı: 322

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024