12px13px15px17px
Tarix:03/10/17

“Huawei Mate 10 Pro” smartfonunun dizaynı məlum olub

Hazırlanan smartfonlar barədə vaxtaşırı məlumatlar sızdıran məşhur bloger Evan Blass bu dəfə “Huawei Mate 10 Pro” smartfonunun görünüşünü nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, bloger “Twitter” səhifəsində gələcək smartfonun şəkillərini dərc edərək yeni qurğunun ön və arxa panelini göstərib. “Mate 10” və “Mate 10 Lite” smartfonlarından fərqli olaraq “Pro” modeli kiçik çərçivəli ekranla təchiz ediləcək. Bu halda yeni smartfonun 5,9 düym diaqonallı displeyi əvvəlki “Huawei” qurğularından daha çox “Samsung Galaxy S8” və “Samsung Note 8” modellərinə bənzəyəcək.

Məlumata görə, “Huawei Mate 10 Pro” əvvəlki modellər kimi, 20 və 12 meqapikselli sensor qoşa əsas kamera ilə təchiz olunacaq. Kameranın sol tərəfində “Leica” istehsalı olan işıqlandırıcı quraşdırılacaq. Smartfon lazer fokuslaşdırıcısı, maksimal f/1,6 diafraqması, optik tənzimləmə sistemi və qoşa işıq diodlu işıqlandırıcıya malik olacaq. Arxa paneldə barmaq izi skaneri yer alacaq.

Üst paneldə 8 meqapikselli ön kamera quraşdırılacaq.

Gözlənilir ki, smartfon 2880 × 1440 piksel təsvir ölçülü “Quad HD+” ekran, “Kirin 970” prosessor, 6 giqabaytlıq operativ və 64 və 128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz ediləcək. Yeni qurğu “IP 68” suyadavamlılıq standartını dəstəkləyəcək. Müqayisə üçün qeyd edək ki, “iPhone 8” və “iPhone 8 Plus” smartfonları “IP 67” standartı üzrə sertifikatlaşdırılıb.

Üç rəngdə - qara, göy və qəhvəyi rəngdə təqdim ediləcək smartfonun nümayişi oktyabrın ikinci yarısına planlaşdırılır.

Nizam Nuriyev 




Baxış sayı: 313

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024