12px13px15px17px
Tarix:04/10/17

“Facebook Messenger”in yüngül versiyası istifadəçilərə əlçatan olub

“Facebook” sosial şəbəkəsi öz messencerinin yüngül versiyasına giriş təqdim etməklə bir çox istifadəçini sevindirib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Google Play” mağazasında əlçatan olan “Messenger Lite” adlı proqram mesajlarla mübadilə üçün nəzərdə tutulub və sözügedən messencerin daxili oyunlar, “Stories” funksiyası, həmçinin dərc edilən şəkillər üçün çoxsaylı filtr və effektlər daxil olmaqla bir çox əlavələrindən məhrum edilib. Həmçinin “Messenger Lite” versiyası videozəngləri dəstəkləmir.

Bundan başqa, bir il bundan əvvəl inkişaf etməkdə olan ölkələrin istifadəçiləri üçün əsas “Messenger”ə alternativ kimi elan edilmiş proqram trafiki az işlətməsi, həmçinin “Android” sistemi ilə işləyən smartfonların texniki xüsusiyyətlərinə az tələbatlı olması ilə seçilir. Amma “Facebook” hələ ki “iOS” sistemi üçün “Messenger Lite” versiyasını təqdim etməyib.

Emil Hüseynov




Baxış sayı: 315

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024