12px13px15px17px
Tarix:04/10/17

“iPhone X” smartfonunun əsas özəlliyi bəlli olub

"KGI Securities" şirkətinin analitiki Min-Çi Kuo bildirib ki, "Apple"ın rəqibləri "TrueDepth" kamerasının yaradılması zamanı istifadə edilmiş texnologiyanı yaratmaq üçün 2 ildən çox vaxt sərf etməli olacaqlar.

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, analitikin sözlərinə görə, bu kamera "Apple" şirkətinə 2018-2019-cu illərdə texnologiya lideri adını qazanmağa imkan verəcək. Kuo bəyan edib ki, "iPhone X" qurğusunun satışları zamanı yaranmış çətinliklərə baxmayaraq o, korporasiyanın "Hi-End" smartfonlar bazarında uğuruna tamamilə əmindir.

"TrueDepth" adlı ön kameranın köməyi ilə sifətin skan edilməsi texnologiyasının tətbiqi mümkün olub. Məlum olduğu kimi, "TrueDepth" kamerasının istehsalında çətinlik "iPhone X" qurğusunun birinci partiyasının azalması ilə nəticələnib.

"MacRumors" nəşri yazır ki, başqa şirkətlər, həmçinin belə texnoloji və istehsal çətinliklərindən keçməli olacaqlar. "Samsung" şirkəti tərəfindən təqdim edilmiş sifətin tanınması texnologiyasına malik qurğu 2D şəkildən istifadə edir və qismən təhlükəsizdir.

Emil Hüseynov




Baxış sayı: 306

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024