12px13px15px17px
Tarix:13/10/11

Azərbaycanın dövlət rabitə operatoru IP-TV xidmətinin inkişafına təşəbbüs göstərir

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Naziriliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi Çinin telekomunikasiya avadanlıqları istehsalçısı ZTE ilə IP-TV xidmətinin inkişafı üzrə yeni layihə hazırlayacaq. Bu barədə İB-nin direktoru Beydulla Hüseynov məlumat verib.

Hüseynovun sözlərinə görə, layihə telekomunikasiya şəbəkəsində internet-televiziya xidmətinin genişləndirilməsi üçün əlavə telekomunikasiya avandanlığının quraşdırılmasını nəzərdə tutur.

Hazırda İB şəbəkəsində bu xidmətin istifadəçilərinin sayı 200-dür. Əlavə avadanlığın olması bu xidmətin istifadəçilərinin sayını xeyli artıracaq. "Telekanalların sayını artırmaq üçün biz "Teleradio" İstehsalat Birliyindən telekanallar paketi almağı planlaşdırırıq. IP-TV xidməti NGN (Next Generation Network) şəbəkəsi üzərindən paylanacaq", - Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda mövcud 700 min nömrədən 400 mini NGN şəbəkəsinə keçirilib. Bu günlərdə 493/498 ATS-ində yenidənqurma və nömrə tutumunun yeni nəsil şəbəkəyə keçirilməsi işləri yekunlaşıb.



Baxış sayı: 1493

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024