12px13px15px17px
Tarix:04/10/17

Yeni sistem robotu virtual kabinədən idarə edəcək

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri “Unity” oyun qurğusundan və “Oculus Rift” virtual reallıq texnologiyasından istifadə edən sistem yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, sistem istifadəçinin rəqəmli kürəciklərlə manipulyasiya etməklə robotun əllərinin idarə edilməsi üçün onu virtual idarəetmə kabinəsinə yerləşdirir. Bu halda idarəetmə nəticəsi kamera vasitəsilə ekranda göstərilir. Sistem mahiyyət etibarilə istifadəçini robotun daxilinə qoyur.  

Məlumata görə, tədqiqatçılar ikiəlli robotdan istifadə ediblər: insanlar onu sadə tapşırıqları yerinə yetirmək, məsələn, iki bloku birləşdirmək üçün idarə ediblər. Sistemin müxtəlif variantlarda - simli və simsiz qoşulmada uğurla işləməsi bildirilir. Mühəndislər hətta institutdakı robotu (Massaçusets ştatı) Virciniya ştatında yerləşən hoteldən idarə etməyə nail olublar.

Mütəxəssislərin fikrincə, sistem istehsalatda faydalı ola bilər. Məsələn, robot müəyyən vəzifənin öhdəsindən gələ bilməyən zaman insan virtual reallıq kaskasını taxaraq səhvləri “əllə” aradan qaldıra biləcək.

Nizam Nuriyev
 





Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024