12px13px15px17px
Tarix:06/10/17

3D çapın köməyilə gözün canlı torlu qişasının yaradılması metodu işlənib hazırlanıb

Amerika Milli Görmə İnstitutu daima görmə qüsurları ilə yeni mübarizə üsulları axtarır, tədqiqat və işləmələrə xeyli vaxt və pul xərcləyir. Son zamanlar ən uğurlu işlərdən biri “3D” bio çapın köməyi ilə insan gözünün canlı torlu qişasını yaratmaq olub.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, müxtəlif torlu qişa xəstəlikləri məlumdur. Onlardan bəziləri xəstəliklərə görə yaranır, bəziləri yaşla əlaqədardır, amma hər bir halda müalicə etmək lazımdır, çünki dünyada çoxlu sayda kor və zəif görən insan yaşayır. Məhz bu insanlar üçün canlı torlu qişanın çap edilməsi texnologiyası xilas yolu ola bilər.

İnstitut tərəfindən işə salınmış proqram çərçivəsində amerikalı alimlərin torlu qişanın müalicəsi metodlarına aid tədqiqatları toplanılıb. İnnovativ yanaşmaların çoxluğuna baxmayaraq, Merilend Universitetinin alimlərinin layihəsi ən yaxşı adlandırılıb. Məhz onlar tərəfindən təklif edilmiş üsul həm innovativ, həm də effektivdir.

Emil Hüseynov




Baxış sayı: 359

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 May 2024

03 05 2024