12px13px15px17px
Tarix:07/10/17

Kiberhücumlar elektrik təchizatında fasilələr yaradacaq

“Accenture” beynəlxalq konsaltinq şirkəti sorğu keçirərək elektroenergetika sektorunda fəaliyyət göstərən müəssisələrin növbəti bir neçə ildə elektrostansiyaların işinə təsir göstərəcək kiberhücumlardan ehtiyat etmələrini müəyyənləşdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, sorğuda Avropa, Şimali Amerika, Asiya-Sakit okean regionunun iyirmi ölkəsindən elektroenergetika şirkətlərinin yüzdən çox rəhbəri iştirak edib. Respondentlərin üçdə bir hissəsi artıq növbəti beş il ərzində hakerlərin elektrik enerjisi təchizatında fasilələrin yaranmasına səbəb olacağına əminliyini ifadə edib. Rəyi soruşulanların 57 faizi elektrik təchizatının işinə kənar şəxslərin müdaxiləsindən ehtiyat etdiyi halda 53 faizi əməkdaş və müştərilərin təhlükəsizliyinə görə həyəcan keçirir.

Məlumata görə, respondentlərin təxminən yarısını əməkdaş və müştərilərin məxfi informasiyasının, korporativ məlumatların və əqli mülkiyyətin mümkün oğurlanması narahat edir. Əsas təhlükələr sırasında, həmçinin fırıldaqçı proqramların hücumları və fiziki aktivlərin məhvi sadalanır. Lakin başlıca təhlükə hökumətlərin sifarişi ilə həyata keçirilən kiberhücumlar olaraq qalır.

Bundan əlavə, elektroenergetika sektoru müəssisələrinin əksər rəhbərləri bu və ya digər şəkildə istifadəçi mənzillərində “Əşyalar interneti” (IoT) qurğularının quraşdırılması ilə bağlı risklərdən ehtiyat edir.

Yuxarıda qeyd olunan təhlükələrə baxmayaraq respondentlərin 40 faizi etiraf edib ki, onların müəssisələri risklərin idarə edilməsi prosesində kibertəhlükəsizliyə tam riayət etmirlər. Rəyi soruşulanların təxminən üçdə biri kibermühafizənin gücləndirilməsinə təhlükələrin müəyyənləşdirilməsi və sahə nümayəndələri arasında kiberhücumlar haqqında məlumat mübadiləsinin kömək edəcəyinə əmindir.

Nizam Nuriyev 




Baxış sayı: 354

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024