12px13px15px17px
Tarix:09/10/17

“BlackBerry Motion” smartfonunun şəkli dərc edilib

Məşhur insayder Evan Blanss bu günlərdə “BlackBerry” brendinin məxsus olduğu “TCL” şirkətinin yeni smartfonunun üst hissəsinin fotoşəkilini dərc edib. Əvvəllər “TCL” şirkətinin “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “BlackBerry Krypton” adlı smartfon hazırlaması barədə məlumatlar yayılsa da, indi onun “Motion” adlanacağı məlum olub.  

“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, fotoşəkildə əvvəlki “BlackBerry KeyOne” smartfonundan fərqli olaraq yeni modelin fiziki klaviatura ilə təchiz edilməyəcəyi və son dövrlər dəb halını almış çərçivəsiz smartfonlar tendensiyasından kənar çıxacağı nəzərə çarpır. Şəkildə, həmçinin brendin loqotipinin əks olunduğu “Home” düyməsini, eləcə də qulaqcıqlar üçün 3,5 millimetrlik çıxışı görmək mümkündür.

Məlumata görə, “BlackBerry Motion” smartfonu “Snapdragon 625” (və ya 626) prosessor, 4 giqabaytlıq operativ yaddaş və 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunacaq.

Qurğunun ekranının diaqonal ölçüsünün hələlik naməlum olmasına baxmayaraq təsvir ölçüsünün “Full HD” olacağı gözlənilir.

İstehsalçı nümayəndələri “IP67” standartı üzrə tozkeçirməz olacaq “BlackBerry Motion” smartfonunun oktyabrda buraxılacağını bildiriblər.  

Nizam Nuriyev 




Baxış sayı: 328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024