12px13px15px17px
Tarix:09/10/17

2017-ci ilin sonunadək “Windows 10” ən populyar əməliyyat sistemi olacaq

“StatCounter” servisinin məlumatına istinadən  “TechRadar” nəşrinin proqnozuna görə, 2017-ci ilin sonunadək “Windows 10” ən populyar əməliyyat sistemi ola bilər.

Statistikaya görə, 2017-ci ilin sentyabrında masaüstü fərdi kompüter (FK) və noutbukların 39,3%-i “Windows 10” sistemi ilə işləyib ki, bu da ötən ayla müqayisədə 1,43% çoxdur. “Windows 7” sisteminin bazar payı isə 1,11% azalaraq 44% olub.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bu dinamika saxlanıldığı halda cari ilin noyabrında “Windows 10” sisteminin bazar payı 42,16%-ə yaxınlaşa bilər. Beləliklə, 2,5 il ərzində əməliyyat sistemləri bazarında ilk dəfə lider dəyişmiş olacaq.

“Microsoft” şirkəti “Windows 8” sisteminin uğursuzluğundan sonra rəqabətə davamlı əməliyyat sistemi yaratmaq qabiliyyətini sübut etmək istəyirdi. Yeni məhsulun irəliləyişi üçün nəzərdə tutulmuş bütün səylərə baxmayaraq proqram nəhəngi etiraf etdi ki, 2018-ci ilin ortalarınadək “Windows 10” sistemi əsasında işləyən 1 milyard qurğu hədəfinə nail ola bilməyəcək.

Emil Hüseynov




Baxış sayı: 462

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024