12px13px15px17px
Tarix:09/10/17

Gələcəkdə texnologiyalar bir çox peşələri əvəz edəcək

Tayvanın “TSMC” şirkətinin qurucusu və indiki baş direktoru Morris Çan “Reuters” nəşrinə müsahibəsində gələcəklə bağlı öz fikirlərini səsləndirib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, onun fikrincə, gələcəkdə indiki peşələrin bir çoxuna ehtiyac olmayacaq. O hesab edir ki, texnologiyaların indiki templə inkişafı şərti ilə artıq 10-20 il sonra robotlar taksi sürücüsünü əvəz edəcəklər. Bundan başqa, süni intellekt texnologiyaları həkimləri əvəz edəcək, çünki kompüter daha sürətli və dəqiq diaqnozlar qoya, həmçinin pasiyentlərlə məsafədən konsultasiyalar apara biləcəklər.

Emil Hüseynov




Baxış sayı: 409

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024