12px13px15px17px
Tarix:11/10/17

Virtual yol-nəqliyyat hadisələri üçün “Ford” proqramı istifadəyə verilib

“Ford” avtomobil konserni virtual reallıqda sürücünün avtomobilin hərəkəti zamanı diqqətinin yayındırılmasının potensial nəticələrini göstərən “Ford Reality Check” (“Praktikada yoxla”) əlavəsini istifadəyə verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, avtomobil istehsalçısı bu üsulla gənc sürücülərin avtomobilin idarə olunması zamanı diqqəti smartfondan ayırmamaq kimi vərdişləri ilə mübarizə aparmağı təklif edir. Bu isə öz növbəsində selfi çəkilişinə, sosial şəbəkələr və ya SMS yazmağa görə qəzaya düşmək riskini azaldacaq.

Məlumata görə, “Ford Reality Check” proqramı “Google Daydream VR” virtual reallıq texnologiyası vasitəsilə istifadəçini yolda dostlarının ardınca gedən sürücünün yerinə əyləşdirir. Sürücünün diqqətini messencer məlumatları, telefon zəngləri və sərnişinlər yayındırır ki, bu da bir neçə qəza vəziyyətinə gətirib çıxarır. Sürücünün diqqətinin növbəti dəfə yayındırılması qəza hadisəsinin baş verməsini qaçılmaz edir.

Bildirilir ki, əlavənin ilkin sınaqlarının nəticələrinə görə, istifadəçilərin 90 faizi virtual reallıqda keçirdikləri hissdən sonra sükan arxasında davranışını dəyişdirəcəyini bildirib.

Avropa ölkələrində “Ford Driving Skills for Life” tədbirlərində istifadə ediləcək “Ford Reality Check” əlavəsini sonradan “Google Play Store” mağazasında yükləmək mümkün olacaq.

Nizam Nuriyev 




Baxış sayı: 517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024