12px13px15px17px
Tarix:11/10/17

Genişformatlı ekrana malik “Honor 7X” smartfonu təqdim olunub

“Honor” brendi Çində keçirilən xüsusi tədbirdə yeni “Honor 7X” smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, orta səviyyəli modeldə tərəflərinin nisbəti 18:9 təşkil edən genişformatlı ekran quraşdırılıb ki, buna da şirkətin digər qabaqcıl smartfonlarında rast gəlmək mümkün deyil. Yeni qurğunun digər xüsusiyyətləri arasında metal korpusu, qoşa kamera və aparat məhsuldarlıq interfeysini qeyd etmək olar.  

Məlumata görə, “Honor 7X” modeli 2160x1080 piksel təsvir ölçülü 5,93 düym diaqonallı 2,5D qoruyucu şüşəsinə malik ekranla təchiz edilib. Smartfonun çərçivələri rekord nazik olmasa da, brendin digər modellərinin çərçivəsindən nazikdir. Qurğuda məhsuldarlığa görə maksimum 2,46 QHs takt tezlikli səkkiznüvəli “Kirin 659” prosessoru, “Mali-T830 MP2” qrafik sürətləndiricisi və 4 giqabaytlıq operativ yaddaş quraşdırılıb. Quraşdırılmış yaddaşın tutumu “microSD” yaddaş kartları ilə 256 giqabaytadək artırılmaqla versiyadan asılı olaraq 32, 64 və ya 128 giqabayta çatır.   

Əsas kamera 16 və 2 meqapiksel təsvir ölçülü sensorlardan ibarətdir. Təsvir ölçüsü 8 meqapikselə bərabər ön fotomodulu təkdir. Quraşdırılmış akkumulyatorun tutumu 3 340 milliamper/saat təşkil edir. Bundan əlavə, smartfonda SİM kart üçün iki çıxış, “4G” dəstəyi, “VoLTE” və barmaq izi skaneri quraşdırılıb. Qurğu “Android 7.0 Nougat” əməliyyat sistemi əsasında “EMUI 5.1” interfeysinin idarəetməsi ilə işləyir.  

“Honor 7X” smartfonunun oktyabrın 17-dən etibarən quraşdırılmış yaddaş tutumundan asılı olaraq 198, 258 və ya 304 dollara satışa çıxarılacağı gözlənilir.  

Nizam Nuriyev 




Baxış sayı: 337

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024