12px13px15px17px
Tarix:12/10/17

Yeni “Honor WaterPlay” planşeti sukeçirməz olacaq

"Honor" şirkəti "WaterPlay" planşet kompüterini təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, modelin əsas xüsusiyyətlərindən biri onun suyadavamlı olmasındadır. Qurğu "IP67" standartına uyğun hazırlanıb ki, bu da hətta 1 metrədək suyun dərinliyində yarım saatdan çox qaldıqdan sonra işləmək imkanına zəmanət verir. Lakin 10,1 düym diaqonallı planşetin müsbət cəhətləri bununla məhdudlaşmır. Məsələn, qurğu, həmçinin fərdi məlumatların mühafizəsi üçün barmaq izi skaneri ilə təchiz edilib.

Məlumata görə, "Honor WaterPlay" ilk növbədə əyləncə üçün yaradılıb. Suyadavamlılıq ondan hamamda, hovuzda və ya çimərlikdə istifadəyə imkan verir. Aşağı tərəfdə iki dinamik yerləşir ki, bu da planşeti videoya baxmaq və ya oyunlar oynamaq üçün əlverişli həll edir. Qurğu "Android 7.0 Nougat" əməliyyat sistemi əsasında "EMUI 5.1" interfeysinin idarəetməsi ilə işləyir. Ekranın bölünməsi funksiyası eyni anda iki əlavə ilə işləməyə imkan verir.

Bildirilir ki, "Honor WaterPlay" "Full HD" təsvir ölçülü ekran, 2,36 QHs takt tezlikli səkkiznüvəli "Kirin 659" prosessor, "Mali-T830 MP2" qrafik sürətləndiricisi, 3/4 giqabaytlıq operativ yaddaş, "microSD" yaddaş kartları ilə 256 giqabaytadək genişləndirmə imkanına malik 32/64 giqabaytlıq quraşdırılmış yaddaş və 6 600 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Planşeti "USB Type-C" çıxışı vasitəsilə enerji ilə doldurmaq mümkündür. Bundan əlavə, qurğu 8 meqapikselli əsas və 5 meqapikselli ön kameralara malikdir. Çəkisi 465 qram təşkil edən planşetin qabaritləri 248 x 173 x 7,8 millimetr təşkil edir.  

Satışa oktyabrın 24-dən etibarən çıxarılacaq "Honor WaterPlay" planşetinin qiyməti 300 dollara bərabər olacaq. "4G LTE" şəbəkəsini dəstəkləyən, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacaq qabaqcıl versiyanın qiyməti isə 410 dollar təşkil edəcək.

Nizam Nuriyev 




Baxış sayı: 98

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2017

23 10 2017

23/10/17
“YouTube” mobil tətbiqində çərçivəsiz smartfonlar üçün böyütmə rejimi əlavə edilib

Çərçivəsiz smartfon istehsalçılarının əksəriyyəti tərəflər nisbəti 18:9 olan qurğular hazırlayırlar. Amma 

23/10/17
Avtonom üzən ev konsepti təqdim edilib

ABŞ-ın “Arkup” şirkəti həyat üçün tam yararlı avtonom ev konseptini təqdim edib. 30 kVt gücündə günəş pane

23/10/17
Mətn mesajlarında yalanı aşkar etmək üsulu məlum olub

Nyu-Yorkda Kornell Universitetinin alimləri mətn mesajlarında yalanı müəyyənləşdirmək üsulunu aydınlaşdırıblar

23/10/17
İnformasiya təhlükəsizliyi bazarında 120 milyard dollarlıq artım proqnozlaşdırılır

“IDC” analitik şirkəti təhlükəsizliklə əlaqədar proqram təminatı, avadanlıq və xidmətlərin satış həcminin 

23/10/17
Uşaqların öyrədilməsi üçün robot pişik təqdim olunub

Rusiyanın Soçi şəhərində keçirilən Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında gənc auditoriyanı 

23/10/17
BMT eksperti dövlətləri fərdi məlumatların mühafizəsi məqsədilə son dərəcə təhlükəsiz sistemlər yaratmağa çağırıb

BMT Baş Məclisinin 72-ci sessiyasının Üçüncü Komitəsinin iclasında çıxış edən BMT eksperti Cozef Kannataçi 

23/10/17
“Microsoft” qurğuların buraxılışını dayandırmayacaq

“Microsoft” korporasiyasının “Windows” sistemi və qurğular bölmələrinin rəhbəri Yusif Mehdi brend 

23/10/17
Dünyada süni intellekt məsələləri üzrə ilk nazirlik yaradılıb

Birləşmiş Ərəb Əmirliklərində Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən sonra dünyada süni intellekt