12px13px15px17px
Tarix:13/10/17

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Göyçayda vətəndaşlarla görüşüb

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Göyçay şəhərində vətəndaşlarla görüşüb.
 
Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxıb, təkliflərini dinləyib.
 
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir Ramin Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
 
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
 
Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
 
Regiona səfəri çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə  müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
 
Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.














Baxış sayı: 259

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2017

17 11 2017

17/11/17
Yenilənmiş “Google Maps”dən istifadə asanlaşacaq

“Google” şirkəti “Google Maps” xəritəsinin dizaynını yeniləyib. Yaxın həftələrdə axtarış sisteminin xəritəsi mobil 

17/11/17
Yol patrul dronu konsepsiyası hazırlanıb

Koreyalı dizayner avtonom köməkçi pilotsuz uçan aparat konsepsiyası hazırlayıb. “Highway patrol drone

17/11/17
“WhatsApp” messencerində yeni səs funksiyası sınaqdan keçirilir

“WhatsApp” messencerinin yaradıcıları "push-to-talk" səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər 

17/11/17
“Fujitsu” biznesi kiberhücumlardan qoruyacaq

Yaponiyanın texnoloji nəhəngi “Fujitsu” “EMEIA” regionu (Avropa, Yaxın Şərq, Hindistan, Afrika) ölkələrində 

17/11/17
“Vivo V7” smartfonu istifadəçini sifətinə görə tanıyacaq

“Vivo” şirkəti Çinin Şençjen şəhərində yeni “V7” smartfonunu təqdim edib. “ICTnews” Elektron Xə

17/11/17
Çərçivəsiz “Oneplus 5T” smartfonu rəsmən təqdim edilib

“Oneplus” şirkəti Bruklində yeni qabaqcıl smartfonunu təqdim edib. “Oneplus 5T” smartfonu çərçivəsiz 

17/11/17
“Nomu T18” smartfonu ratsiya rejimində işləyir

“Nomu” şirkəti zərbəyədavamlı və sukeçirməz korpusla təchiz edilən yeni mühafizəli “T18” smartfonunu