12px13px15px17px
Tarix:16/10/17

“Android” sistemi ilə işləyən smartfonlar təhlükə altındadır

“ESET” antivirus şirkətinin mütəxəssisləri ekranı bloka salmaq funksiyasına malik və “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün ilk şifrləyici virus aşkar ediblər. Bu haqda şirkətin rəsmi saytında məlumat verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “DoubleLocker” adlandırılmış zərərverici proqram mobil bank troyanının əsasında işləyir. Virus qurğunun PIN kodunu dəyişdirə, həmçinin cihazın yaddaşında saxlanılan məlumatları şifrləmək funksiyasına malikdir.

Bir çox başqa troyanlar kimi “DoubleLocker” virusu da adətən “Adobe Flash Player” adı altında maskalanaraq saytlar vasitəsilə yayılır. Qurğunu yoluxdurduqdan sonra şifrləyici “Google Play Service” adlı şəxsi zərərverici xidmətini aktivləşdirməyi təklif edir, bundan sonra inzibatçılıq  hüququnu aktivləşdirir.

“DoubleLocker” qurğunu bloka saldıqdan sonra istifadəçidən 0,013 bitkoin məbləğində ödəniş tələb edir. Bu halda hakerlər xəbərdarlıq edirlər ki, tələb edilən məbləğ 24 saat ərzində köçürülməsə, məlumatlar həmişəlik şifrlənəcək.

Emil Hüseynov




Baxış sayı: 451

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024