12px13px15px17px
Tarix:13/10/11

İT sənayesinə növbəti itki üz verib

ABŞ-da uzunsürən xəstəlikdən sonra 71 yaşında “UNİX” əməliyyat sisteminin əsas tərtibatçılarından biri və “C” proqramlaşdırma dilinin yaradıcısı Dennis Ritçi vəfat edib. İnformasiya texnologiyalarının sonrakı inkişafını müəyyən edən məşhur proqramçı oktyabr ayının 8-də dünyasını dəyişib.

Dennis Ritçi keçən əsrin 60-cı illərində yaradılmış “Multics” və “UNİX” əməliyyat sistemlərinin mənbəsini təşkil edirdi. O, Ken Tompsonla birlikdə ən məşhur proqramlaşdırma dillərindən birini – “C” dilini yaradıb. Sonralar Dennis Ritçi dərslik kimi indiyə qədər çox populyar olan "C proqramlaşdırma dili" kitabını yazıb.

O, bir çox mükafatlara, həmçinin texnologiya və innovasiyalar sahəsində nailiyyətlərinə görə ABŞ-ın Milli medalına, həmçinin “UNİX” yaratmasına görə “Türinq” mükafatına layiq görülüb.



Baxış sayı: 1155

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024