12px13px15px17px
Tarix:25/10/17

“Instagram”da yeni funksiya istifadəyə verilib

“Instagram” sosial şəbəkəsində birgə birbaşa translyasiya funksiyası istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, yeni funksiya translyasiyaya digər istifadəçini əlavə etməyə, onu silməyə və ya əvəzləməyə imkan verir. Birgə efir zamanı adi efirdə olduğu kimi, tamaşaçılar şərhlər yazaraq bəyənə biləcəklər. Bundan başqa, translyasiya videosunu telefon yaddaşında saxlayaraq sonradan onu “Stories” bölməsi vasitəsilə paylaşmaq mümkün olacaq.

Bildirilir ki, birbaşa translyasiyaya daha bir istifadəçini əlavə etmək üçün sağ aşağı küncdəki yeni piktoqramın üzərinə basaraq “Add” (“Əlavə et”) funksiyasını seçmək tələb olunur. Yeni istifadəçi qoşulan zaman ekran hissələrə bölünməyə başlayacaq.

“iOS” və “Android” əməliyyat sistemli qurğular üçün “Instagram” əlavəsini “App Store” və “Google Play” mağazasından pulsuz yükləmək olar.

Nizam Nuriyev




Baxış sayı: 315

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024