12px13px15px17px
Tarix:27/10/17

“Philips” şirkəti 16 meqapiksellik ön kameraya malik smartfon təqdim edib

“Philips” şirkəti tərəfindən təqdim edilmiş yeni “X596” modeli qabaqcıl ön kamera və tutumlu akkumulyatora malikdir.

Smartfon 1,4 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 435” prosessoru ilə təchiz edilib və “Android 7.1 Nougat” mobil əməliyyat sistemi ilə işləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, qurğu 1920x1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı displeyə malikdir.

Aparat 4 QB əməli yaddaş, 32/64 QB-lıq fləş daşıyıcı, müasir telefonlar üçün standarta çevrilmiş “Wi-Fi”, “Bluetooth” və “GPS” simsiz rabitə modulları, barmaq izi skaneri və 16 meqapiksellik matrisə malik iki kamera ilə təchiz edilib. Korpus alüminium ərintisindən hazırlanıb.

Cihazın fiziki ölçüləri 156,4x77,4x8,35 mm, çəkisi 177,8 qram təşkil edir. 4000 milliamper/saat tutumunda akkumulyator batareyası sürətli enerjidoldurmanı dəstəkləyir.

2017-ci ilin noyabrında Çində “Philips X596” modelinin satışına başlanılacaq. 32 QB-lıq modelin qiyməti təxminən 170 dollar, 64 QB-lıq isə 227 dollar təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 291

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024