12px13px15px17px
Tarix:27/10/17

İnsanları məhv edəcəyini səsləndirən Sofiya adlı robota vətəndaşlıq verilib

Ər-Riyadda keçirilən "Future Investment Initiative" adlı iqtisadi konfransda insanabənzər Sofiya adlı robota Səudiyyə Ərəbistanı vətəndaşlığı verilib. "Bloomberg" nəşri yazır ki, dünyada ilk dəfə olaraq robota vətəndaşlıq verilib. Bu, ilk belə haldır.

"Səudiyyə Ərəbistanı Krallığına təşəkkür edirəm – Sofiya adlı robot deyib. –  Mən dünyada vətəndaşlıq almış ilk robotam".

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanında mövcud olan sərt qaydalar ölkə əhalisinin 33%-ni təşkil edən xarici işçilərə vətəndaşlıq verməyə imkan vermir.

2016-cı ilin martında Sofiya adlı robot müsahibə zamanı "insanları öldürməklə" bağlı sualı "hə" deyə cavablandırmışdı. 2017-ci ilin aprelində ABŞ televiziyasında çıxış etmiş sözügedən robot dünyanı fəth etmək arzusu barədə bildirmişdi, ancaq sonra demişdi ki, bu, yalnız zarafatdır.

İnsanabənzər Sofiya adlı robot 60-dan çox emosiyanı təsvir edə bilir. Onun gözlərinə yerləşdirilmiş xüsusi kameralar həmsöhbətlə vizual əlaqə yaratmaq üçün nəzərdə tutulub. İnsanabənzər robotun yaradıcısı Devid Hanson onu hazırlayarkən britaniyalı aktrisa Odri Hepbernin obrazlarından ilhamlanıb.

Emil Hüseynov




Baxış sayı: 364

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 May 2024

03 05 2024