12px13px15px17px
Tarix:30/10/17

“İnformasiya Cəmiyyətinin Təməli – Gənclər və Elektron Hökumət” layihəsinə start verildi

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyasının birgə təşkilatçılığı ilə "İnformasiya Cəmiyyətinin Təməli – Gənclər və Elektron Hökumət" layihəsinə start verilib. Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirilir.
 
3 ay ərzində elektron hökumət həllərinin istifadəsinə həsr edilmiş silsilə təlimlərin keçirilməsi, elektron xidmətlərdən istifadə barədə gənclər təşkilatlarının rəhbər və nümayəndələrini məlumatlandırmaq nəzərdə tutulmuşdur.
 
Ölkənin 13 regionunu əhatə edəcək təlimlərin keçirilməsində əsas məqsəd gənclərin və gənclər təşkilatlarının ən çox istifadə etdiyi e-xidmətlər üzrə biliklərinin artırılmasıdır. Təlimlərdə Gənclər Təşkilatları Milli Şurası və Gənc Sahibkarlar Şəbəkəsinin üzv təşkilatlarının və şəxslərin aktiv iştirakı gözlənilir.
 
Hər bir təlim qrupu 4 gündən ibarət olub 6 mövzunu əhatə edəcəkdir:
 
www.e-gov.az portalı haqqında giriş;
 
E-imza istifadəsinin texniki və hüquqi aspektləri;
 
Məcburi dövlət sosial sığortası hesabatlarının təqdim edilməsi e-xidməti;
 
Vergilər sahəsi üzrə e-xidmətlər;
 
Rəsmi statistik məlumatların təqdim edilməsi üzrə e-xidmətlər;
 
Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər.
 
Təlimlərdə iştirak edənlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaqdır.
 
Təlimlərdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://goo.gl/ux1JiU.
 
Ətraflı məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:
info@e-training.az
(012) 505 01 13; (077) 505 01 13.
 




Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024