12px13px15px17px
Tarix:31/10/17

Azərbaycan startapçıları Gürcüstanda

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ilk Texnologiyalar Parkında "Georgian-Azerbaijan Startup Forum"u keçirilir. Tədbirdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının nümayəndələri və startapçıları iştirak edir.
 
Forum çərçivəsində Gürcüstan və Azərbaycan arasında innovasiyalar, startaplar və informasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulması ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Həmçinin startaplara dəstək, biznes-inkubatorlar və akseleratorlar proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Tərəflər Azərbaycan və Gürcüstan startapçılarının iki ölkənin bazarına çıxmaları sahəsində qarşılıqlı əməkdaşlığın genişlənməsini müzakirə edib.
 
Nazirliyin dəstəyilə tədbirdə Azərbaycan startapçıları aşağıdakı layihələri təqdim edib:
 
– “Omarov's Game Studio” layihəsinin nümayəndələri Bakir Omarov və Mia Əliyeva
 
– “Spinal” - Arif Mövsümzadə
 
– “BuilDay” - Sadıx Hüseynov
 
– “Healthy Living Support Platform" - Şahlar Paşayev
 
– “VeloKuryer” - Tofiq Hidayətzadə
 
– “MyExcelWorld” - Aydın Əliyev
 
– “Trainer for Accountants” - Elnur Osmanov
 
– “My Baku Guide” - Murad Axundov
 
– “İRS Cizgi” - Anar Əkbərli.












Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024