12px13px15px17px
Tarix:31/10/17

Süni intellekt potensial intihar edən şəxsləri müəyyənləşdirəcək

Alimlər süni intellekt vasitəsilə beyinin vizuallaşdırılması və məlumatların emalının çoxlu intihar hadisələrinin qarşısını almağa imkan verəcəyini düşünürlər.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, hər il 800 minədək insan özünə qəsd edir və bəzən bu, intihar edən şəxsin doğmaları və tanışları üçün gözlənilməz olur. Tədqiqatçıların fikrincə, insanın özünə qəsd etməyə hazırlaşması barədə onun beyni xəbər verə bilər. Onlar yarısı özünüöldürməyə meyilli və bəziləri əvvəllər intihar etmək istəyən, ikinci yarısında isə belə meyilliliyin müşahidə olunmadığı 34 könüllünü sınaqda iştiraka dəvət ediblər.

Maqnit rezonans tomoqrafiya vasitəsilə müayinədən keçən iştirakçılara özünüöldürmə ilə əlaqədar 10 söz (“cansızlıq”, “ümidsizlik” və s.), 10 müsbət xüsusiyyətli (məsələn, “qayğısızlıq”) və 10 mənfi xarakterli söz (“problemlər” və s.) təqdim edilib.

Potensial intihar edənlərin beyinlərinin reaksiyası nəzarətin həyata keçirildiyi qrupun “ölüm”, “qəddarlıq”, “problem”, “qayğısızlıq”, “yaxşı” və “tərif” sözlərinə reaksiyasından fərqli olub. Kompüter təlimindən istifadə edən alqoritm bu məlumatlara əsaslanaraq mümkün intihar edənlərin 91 faizini aşkarlaya bilib.  

Tədqiqatçıların fikrincə, gələcəkdə böyük seçimlər arasında aparılacaq iş metodun dəqiqliyini daha yaxşı qiymətləndirməyə imkan verəcək - onun intihar meyillərini vaxtında aşkarlayaraq özünə qəsd hallarının qarşısını ala biləcəyi ehtimal olunur.

Lakin digər ekspertlər məsələyə müsbət yanaşmırlar. Belə ki, onlar seçimin kiçik olması ilə yanaşı, metodun baha olmasını qeyd edirlər ki, bu da ondan ayrı-ayrı hallarda yararlanmağa imkan verəcək. Bundan əlavə, müəyyənləşdirilən beyin reaksiyası xüsusiyyətlərinin insan psixikasına həqiqətən uyğun olması barədə fikir yürütmək hələ ki çətindir.

Nizam Nuriyev 




Baxış sayı: 341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024