12px13px15px17px
Tarix:03/11/17

“YouTube Kids” proqramında uşaq profili açmaq mümkün olub

“Google” şirkəti “YouTube Kids” əlavəsini yeniləyərək onu yeni dizayn, geniş valideyn nəzarəti imkanları və uşaqlar üçün profillərlə təmin edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, uşaq profilləri proqramdan istifadə edən hər uşaq üçün fərdi funksiyalara malik xüsusi profillər açmağa imkan verir. Bundan başqa, profillərdən müxtəlif qurğularda yararlanmaq mümkündür. Hazırda profillər açmaq funksiyası Argentina, Avstraliya, Braziliya, Kanada, Çili, Kolumbiya, Hindistan, Qana, Yamayka, Yaponiya, Keniya, Malayziya, Meksika, Nepal, Yeni Zelandiya, Nigeriya, Pakistan, Peru, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Şri-Lanka, Tanzaniya, Uqanda, ABŞ və Zimbabvedə istifadəyə verilib.
 
Məlumata görə, əlavənin dizaynını istifadəçinin yaşına uyğun adaptasiya etmək olar. Doğum tarixi daxil edildikdən sonra uşaq profilində əlavənin xarici görünüşü dəyişməyə başlayacaq. Azyaşlı istifadəçilər az mətn, nisbətən böyük uşaqlar isə daha çox kontent və mətnli informasiya görə biləcəklər.
 
“iOS” və “Android” əməliyyat sistemli qurğular üçün “YouTube Kids” əlavəsini “App Store” və “Google Play” mağazalarından pulsuz yükləmək mümkündür.

Nizam Nuriyev 




Baxış sayı: 329

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024