12px13px15px17px
Tarix:03/11/17

Regionlarda keçiriləcək növbəti təlimlərə Gəncədən start verildi

BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı "Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi" layihəsi çərçivəsində "Regionlarda Davamlı İnkişaf üçün E-Hökumət və E-İştirak İmkanlarının Təkmilləşdirilməsi" təlimləri başlayıb. Təlimlərə Gəncə şəhərindən start verilib.  
 
Bu layihə çərçivəsində gələcəkdə Qəbələ, Lənkəran, Bərdə, Şirvan, Quba və digər regionlarda da keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi innovativ texnologiyaların tətbiqi ilə biznesin inkişaf yollarını araşdırmaq, bununla bağlı yerli mütəxəssislərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsi yaratmaq, habelə, daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə dəstək olmaqdır.
 
Yerli və xarici ekspertlərin iştirakı ilə təşkil olunan təlimdə elektronlaşmaya vətəndaşların cəlb olunmasını tənzimləməkdə məsuliyyətli olan müvafiq dövlət orqanlarının rəsmiləri və sahibkarlar iştirak edir.
 
Təlimdə e-Hökumət və e-İştirak konsepsiyalarının qlobal inkişaf tendensiyaları; dövlətin şəffaf idarə edilməsində İKT-dən daha səmərəli istifadə; internet təhlükəsizliyi, məxfilik, internetə çıxış, inkişaf və s. məsələlər müzakirə ediləcək. E-Hökumət və E-İştirak infrastrukturu, "Elektron hökumət" portalı (e-gov.az), portalın vətəndaşlara təqdim etdiyi xidmətlər, portaldan istifadə qaydaları, elektron imza, elektron sənəd haqqında nəzəri və praktik biliklər aşılanacaq.
 
Təlimdə regionlarda dövlət qulluqçularının İKT potensialının gücləndirilməsi ilə bağlı beynəlxalq təcrübənin tətbiqi, vətəndaşların dövlət xidmətlərinə çıxış imkanı məsələlərinə də toxunulacaq.
 
Təlim çərçivəsində «Elektron Azərbaycan» maarifləndirici toplusunun təqdimatı keçiriləcək. Məlumat üçün bildirək ki, kitabçada ʺElektron hökumətʺ infrastrukturu və onun əsas komponentləri, ʺElektron hökumətʺ portalı, portalda mövcud olan xidmət qrupları, elektron imza və onun tətbiq sahələrindən bəhs edilir.
 
Təlimin sonunda iştirakçılara BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən sertifikat təqdim ediləcək.









Baxış sayı: 35

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2019

21 10 2019

21/10/19
“Windows Defender” əvvəlki kimi dünyanın ən yaxşı antiviruslarından biridir

“AV-Comparatives” müstəqil laboratoriyasının məlumatına görə, “Windows Defender” əvvəlki kimi dünyanın ən

21/10/19
2-ci “Bakı Elektron Ticarət Forumu” işə başladı

Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci

21/10/19
Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Son zamanlar “Aztelekom” MMC və ümumilikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 

21/10/19
“Oracle” şirkətinin baş direktoru vəfat edib

ABŞ-ın “Oracle” şirkətinin baş direktoru Mark Herd oktyabrın 18-də dünyasını dəyişib. Bu barədə “The Wall

21/10/19
Peşəkar 3D printerlər bazarının həcmi ikirəqəmli templə artır

“Context” analitik şirkəti qlobal 3D printerlər bazarı ilə əlaqədar keçirilmiş araşdırmanın nəticələrini

21/10/19
“Wing” şirkətinin dronları bağlamaları evlərə çatdırmağa başlayıb

“Alphabet” holdinqinin tərkibinə daxil olan “Wing” şirkəti pilotsuz təyyarələrin köməyi ilə bağlamaları

21/10/19
İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiyanın hazırlanması təklif olunur

BMT Baş Assambleyasının 74-cü sessiyasının üçüncü komitəsinin iclasında Rusiya və Belarusun bir sıra digə

21/10/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB

21/10/19
Britaniyada yeni superkompüter tikiləcək

Böyük Britaniyanın Edinburq Universitetində ikinci nəsil “AMD EPYC” prosessorları əsasında “ARCHER2” adlı

21/10/19
Məlumatları saniyədə 1 petabit sürətlə ötürən ilk şəbəkə qovşağı yaradılıb

Yapon mühəndisləri petabitlik şəbəkələr üçün ilk optik kommutator prototipini nümayiş etdiriblər. Belə a