12px13px15px17px
Tarix:03/11/17

Smartfonların rüblük tədarükü 400 milyon ədədi ötüb

“Counterpoint Research” analitik şirkəti hesabat təqdim edərək dünya smartfonlar bazarının rüblük tədarük həcminin 5 faiz artaraq 400 milyon ədədi üstələməsini açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, analitiklərin hesablamalarına görə, bu ilin iyul-sentyabrında istehsalçılar ümumilikdə 400,5 milyon smartfon tədarük ediblər. Bu göstərici 2016-cı ilin analoji dövründə 380 milyon ədədə bərabər olub. Qurğuların tədarükünün 75 faizi 10 iri istehsalçının payına düşüb, qalan 25 faiz isə 600-dən çox şirkət arasında bölünüb.
 
Bildirilir ki, ötən rübdə 82,5 milyon (bir il əvvəlki göstəricidən 9 faiz çox) smartfon buraxan “Samsung Electronics” şirkəti bazarın lideri olaraq qalır. Nəticədə Cənubi Koreya istehsalçısının bazar payı 20 faizdən 20,6 faizədək artıb.
 
“Apple” şirkətinin ikinci yerdə qalmasına baxmayaraq Çinin “Huawei” istehsalçısı ona yaxınlaşmaqda davam edir. Üçüncü rübdə şirkətlərin payı müvafiq olaraq 11,7 və 9,8 faiz təşkil edib. Liderlər beşliyində, həmçinin “Oppo” (8,4 faiz) və “Vivo” (7,1 faiz) yer alıb.
 
Sonrakı yerlərdə isə “Xiaomi” (7 faiz), “LG Electronics” (3,5 faiz), “Lenovo2 (3,2 faiz), “ZTE” (2,4 faiz) və “Alcatel” (1,5 faiz) şirkətləri qərarlaşıb.  
 
Şirkətin tədqiqatlar üzrə direktoru Ceff Fildahak bildirib ki, inkişaf etməkdə olan regionlar sayəsində qlobal smartfonlar bazarında 10 faizi ötməyən artım tempi davam edir.
 
Onun sözlərinə görə, dünya smartfonlar bazarında əsas artım stimulunu 300-400 dollarlıq - orta qiymət səviyyəli modellər təşkil edib. Belə məhsulların satışının artım tempinə görə “Apple”, “Huawei”, “Oppo” və “Vivo” liderlik edir.
 
Bununla yanaşı, üçüncü rübdə əvvəlki nəsil “iPhone” çeşidlərinin genişləndirilməsi sayəsində bahalı telefonlara tələbat azalıb. Lakin “iPhone 8” və “iPhone X” modellərinin buraxılması ilə 2017-ci ilin dördüncü rübündə bahalı mallar seqmentində tədarükün rekord səviyyədə olacağı proqnozlaşdırılır.  

Nizam Nuriyev 




Baxış sayı: 24

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2019

20 10 2019