12px13px15px17px
Tarix:06/11/17

“Apple” şirkətinin dəyəri bir trilyon dollara çata bilər

“Apple” şirkəti dördüncü maliyyə rübü üçün hesabat dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IGate www.igate.com.ua” resursuna istinadən yazır ki, əksər analitiklərin “iPhone X” modelinin buraxılışından sonra satış və mədaxilin azalmasını düşünməsinə baxmayaraq kapitallaşmanın bahalaşması nəticəsində “Apple” dəyəri 900 milyard dolları ötən ilk şirkət olub. 
 
Məlumata görə, “AAPL” səhmlərində 3,2 faiz artım qeydə alınıb. Ötən həftənin cümə günü rüblük nəticələr dərc edildikdən sonra “Apple” qiymətli kağızları rekord məbləğdə -173,49 dollaradək bahalaşıb.
 
Bundan başqa, telefon konfransı zamanı şirkət rəhbəri Tim Kuk növbəti ildə satış həcmini 84-87 milyard dollar səviyyəsində proqnozlaşdırıb. Maliyyə analitikləri isə 85 milyard dollarlıq nəticə gözləyirlər. Bu isə ondan xəbər verir ki, şirkət və sərmayədarlar “iPhone X” modelini perspektivli məhsul hesab edirlər.
 
Hesab olunur ki, yüksək nəticələr təkcə “Apple” şirkətinə müsbət təsir göstərməyəcək. “The Street” nəşrinin jurnalistlərinin fikrincə, “iPhone” istehsalçısının nailiyyətləri “Dow Jones” sənaye indeksinə müsbət təsir edəcək.
 
Son hadisələr fonunda 2018-ci ildə şirkətin bazar kapitallaşmasının 1 trilyon dollaradək artacağı ehtimal olunur.  
 
2017-ci ilin mayında ABŞ istehsalçısının bazar dəyəri 800 milyard dollar, fevralda isə 700 milyard dollar təşkil edib.

Nizam Nuriyev 




Baxış sayı: 130

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 İyul 2019

19 07 2019

19/07/19
Qazanaoxşar dron yaradılıb

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndisləri uçuş müddəti artırılan “Flybotix” adlı pilotsuz

19/07/19
“Google Play” mağazasında casus proqramları aşkar edilib

“Avast” antivirus istehsalçısı “Google Play” mağazasının kataloqunda 7 casus proqramı aşkar edib. Bu proq

19/07/19
Britaniyada enerji səmərəliliyinə malik texnologiyaların inkişafına maliyyə vəsaiti ayrılacaq

Böyük Britaniya hökuməti enerji sistemlərinin səmərəliliyinin artırılmasına yönələn texnoloji layihələrə

19/07/19
Alimlər kvant kompüterinin işini 200 dəfə sürətləndirməyə nail olublar

Hər bir hesablama maşını məntiqi ventillərdən (məntiqi əməliyyatları yerinə yetirən qurğular) ibarətdir.

19/07/19
Yaponiya “Libra” kriptovalyutasının etibarlılığına şübhə edir

Yaponiya hökuməti “Facebook” şirkətinin tezliklə dövriyyəyə buraxmaq istədiyi “Libra” kriptovalyutasını

19/07/19
“Instagram” bir neçə ölkədə postların altında laykların sayını gizlədib

“Instagram” sosial şəbəkəsi Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada istif

19/07/19
Çində “5G” standartlı ilk səkkiz smartfona keyfiyyət sertifikatı verilib

Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk səkkiz smartfon modelinə ölkə bazarına d