12px13px15px17px
Tarix:07/11/17

Gələn il yeni “iPhone” modelləri paslanmayan polad korpus və “OLED” ekranla təchiz ediləcək

“iPhone X” smartfon modelinin satışına noyabrın 3-də başlanılmasına baxmayaraq məşhur proqnozlar müəllifi Minq-Çi Kyo növbəti nəsil “Apple” smartfonlarının görünüşü ilə bağlı müəyyən fikirlər səsləndirib.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, komplekt hissə tədarükçüləri üçün hazırlanan yeni hesabata görə, “Apple” şirkəti 2018-ci ildə satışa iki yeni “iPhone” modeli çıxara bilər. Qurğuların “OLED” ekran və paslanmayan polad korpusla təchiz ediləcəyi, məlumat ötürmə keyfiyyətinin daha yüksək olacağı gözlənilir.
  
“iPhone X” modelinin metal çərçivəsi 4 nazik polad plastindən ibarətdir. Minq-Çi Kyonun fikrincə, 2018-ci il smartfonlarında polad detalların sayı artırılacaq. Bu yenilik qurğunun xarici görünüşünə də təsirsiz ötüşməyəcək. Bununla yanaşı, hesabatda məlumat ötürmə keyfiyyətinin nəyin sayəsində yaxşılaşdırılacağı barədə dəqiq məlumat verilmir.
 
Hesab olunur ki, 2018-ci il “Apple” smartfonları “iPhone X” modelini xatırladacaq, modellərdən biri isə “Plus” ölçüsündə buraxılacaq. Bundan əlavə, “Face ID” sifətin tanınması skanerinin tətbiqi genişləndiriləcək və “TrueDepth” kamerasından “Animoji” animasiyaları ilə yanaşı, başqa məqsədlər üçün istifadə ediləcək. Lakin əsas fotokameralarda dəyişikliklərin edilməyəcəyi proqnozlaşdırılır.
 
Proqnozlara görə, yenilənmiş “iPad Pro” planşet modelləri də “Face ID” sistemi ilə təchiz olunacaq. “Touch ID” texnologiyası keçmişdə qalsa da, “iPhone 8” və “iPhone 8 Plus” modellərinin yaxın bir neçə ildə istehsalının dayandırılacağı ehtimal olunmur.
 
Yeni qabaqcıl “Apple” modellərinin təxmini qiyməti barədə hələlik məlumat verilmir.

Nizam Nuriyev 




Baxış sayı: 20

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Sentyabr 2019

17 09 2019

17/09/19
Populyar routerlərdə ciddi boşluqlar aşkar edilib

Populyar ev və korporativ marşrutlayıcı modelləri, həmçinin “Əşyalar interneti” qurğularında

17/09/19
“Volocopter” şirkəti hava taksisini şəhər şəraitində sınaqdan keçirir

“Volovopter 2x” çəkisi 160 kq-dan çox olmayan iki nəfərin daşınması 

17/09/19
Edvard Snouden vəzifəli şəxsləri “WhatsApp”dan istifadədən çəkinməyə çağırıb

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden dövlətlərdə yüksək

17/09/19
İlk “Motorola” televizorları buraxılıb

Smartfon istehsalçısı kimi tanınan “Motorola” şirkəti televizorlar bazarına daxil olaraq “Motorola TV” brendli ilk mode

17/09/19
“Wi-Fi Alliance” təşkilatı “Wi-Fi 6” standartını istifadəyə verib

“Wi-Fi 6” standartının istifadəyə verilməsi internetə qoşulma sürətini 

17/09/19
Süni intellektli ilk peyk buraxılışa hazırdır

Bir neçə aydan sonra süni intellektlə təchiz edilən ilk Avropa peykinin buraxılışı gözlənilir.

17/09/19
Yeni “Vivo” smartfonu 64 meqapiksellidir

Çinin “Vivo” şirkəti yeni “Nex 3” smartfonunu nümayiş etdirib.