12px13px15px17px
Tarix:07/11/17

Kənar təsirlərdən üçqat mühafizəli “Xiaomi” smartfonları buraxılacaq

Çinin “Xiaomi” şirkəti kənar təsirlərə və əlverişsiz hava şəraitinə qarşı yüksək davamlığa malik smartfonların buraxılışına başlamaq niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət üç istiqamət üzrə mühafizədən gedir: birincisi, bu, zərbələrə və düşmələrə dözümlü olmaqla iş qabiliyyətinin saxlanılmasıdır. İkincisi, rütubətdən mühafizədir ki, bu da qurğudan ehtiyat etmədən yağışlı havada istifadəyə imkan verəcək, eləcə də onun təsadüfən suya düşməsi zamanı sınmanı aradan qaldırmağa kömək edəcək. Nəhayət, üçüncüsü, qurğunun tozkeçirməz olmasıdır.
 
Texniki xüsusiyyətlər barədə ətraflı məlumat hələ ki verilmir. Şirkətin bir sıra smartfon və fabletləri “IP67” və ya “IP68” standartına uyğun buraxacağı gözlənilir.
 
Məlumata görə, “Xiaomi” kənar təsirlərdən üçqat mühafizə üzrə smartfonları 2018-ci ilin birinci yarısında təqdim edəcək. Öz növbəsində şirkət internet mənbələrində yayılan məlumatları şərh etmir.
 
Qiymətləndirməyə görə, bu ilin üçüncü rübündə smartfonların qlobal tədarük həcmi 373,1 milyon ədəd təşkil edib. “Xiaomi” 27,6 milyon qurğu sataraq nəticədə dünya bazarında 7,4 faizə sahib çıxıb. Şirkət aparıcı smartfon istehsalçıları siyahısında beşinci yerdə qərarlaşıb.

Nizam Nuriyev 




Baxış sayı: 386

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024