12px13px15px17px
Tarix:08/11/17

“Google Files Go” proqramı smartfonda yer çatışmazlığı problemini həll edəcək

“Google” şirkəti smartfonda yer çatışmazlığı ilə bağlı problemlərlə üzləşən istifadəçilər üçün nəzərdə tutulan yeni “Files Go” fayl menecerini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, əlavə ucuz qurğuların buraxılışı məqsədilə həyata keçirilən “Android Go” təşəbbüsü çərçivəsində hazırlanıb. Onun vasitəsilə qurğuda fotoşəkil, video, audioyazı, sənədlər və s. kimi bütün fayl tiplərindən tez istifadə etmək mümkündür. Bundan başqa, qurğuda yerin boşaldılması ilə bağlı tövsiyələr verən “Storage” tab-vərəqəsindən yararlanmaq olar.  
 
Bildirilir ki, “Google Files Go” əlavələrin iş tarixçəsini izləyərək onların az istifadə olunanlarını silməyi təklif edir. Həmçinin fayl meneceri qurğuda saxlanılan və çox yer tutan eyni faylları, irihəcmli kontenti, messencerlərin şəkil və videolarını axtararaq əlavələrin “cache” yaddaşını təmizləməyi və s. təklif edir.  
 
Daha bir yenilik internetə qoşulmadan digər istifadəçilərlə sürətli fayl mübadiləsi funksiyasıdır.
 
“Google Files Go” fayl menecerini “APK” faylı (hazırda əlavə Google Play mağazasında istifadəyə verilməyib) vasitəsilə bütün “Android” sistemli qurğulara quraşdırmaq mümkündür.

Nizam Nuriyev 




Baxış sayı: 373

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024