12px13px15px17px
Tarix:10/11/17

Dünyanın “ağıllı” şəhərləri reytinqi açıqlanıb

İsveçin “Easypark” informasiya texnologiyaları şirkəti dünyanın 500 şəhəri arasında tədqiqat apararaq texnoloji baxımdan inkişaf etmiş 100 şəhəri müəyyənləşdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Interfax” resursuna istinadən yazır ki, reytinqə görə, birinci yeri Kopenhagen şəhəri tutub.
 
Məlumata görə, sonrakı yerlərdə Sinqapur və Stokholm qərarlaşıb.
 
İlk onluğa, həmçinin Sürix, Boston, Tokio, San-Fransisko, Amsterdam, Cenevrə və Melburn daxildir.
 
Almaniyanın “ağıllı” şəhərləri arasında Berlin və Hamburq ümumi hesabda müvafiq olaraq 13-cü və 14-cü yerləri tutub.

Britaniya paytaxtı (London) 17-ci, Fransa paytaxtı (Paris) 20-ci pillədə yer alıb.
 
Siyahıda sonuncu yerlərdə Ər-Riyad və Mexiko qərarlaşıb.
 
Tədqiqat müəllifləri yüksəksürətli internet, ekoloji təmiz enerji ilə təchizat, əhalinin yüksək aktivliyi, sahibkarlar üçün əlverişli mühit və s. kimi faktorları nəzərə alıblar. “Easypark” 500 şəhər haqqında statistik məlumatdan və urbanizasiya və informasiya texnologiyalarının inkişafı mövzularını işıqlandıran 20 minə yaxın jurnalistin qiymətləndirməsindən istifadə edib. 

Nizam Nuriyev 




Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024