12px13px15px17px
Tarix:10/11/17

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT üzrə 2-ci Nazirlər Toplantısında iştirak edib

Noyabrın 9-da Türkiyə Respublikasının İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin İKT üzrə 2-ci Nazirlər Toplantısı keçirilib.
 
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin sahəvi nazirləri və nazir müavinləri iştirak edib.
 
Ölkəmizi toplantıda Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
 
Tədbirdə çıxış edən Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən İKT üzrə işçi qrupun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilata üzv dövlətlər arasında kibertəhlükəsizlik, elektron hökumət və fiber-optik şəbəkənin inkişafı sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb, tədqiqat və inkişaf sahəsində də əməkdaşlıq edilməsini vacib hesab etdiyini bildirib. "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM)" layihəsinin region ölkələri üçün önəminə toxunan nazir layihənin tezliklə reallaşdırılması istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edib.
 
Elektron hökumət, kibertəhlükəsizlik və fiber-optik şəbəkənin inkişafı üzrə müzakirələrin aparıldığı Nazirlər Toplantısında çıxış edən Ramin Quluzadə İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, mövcud çağırışların səmərəli şəkildə cavablandırılması baxımından Türk Şurası çərçivəsində İKT üzrə işçi qrupun fəaliyyətinin xüsusi önəm daşıdığını bildirib.
 
"Ötən il Azərbaycanda keçirilən İKT üzrə 1-ci Nazirlər Toplantısında bir sıra məsələlər üzrə faydalı müzakirələr aparıldı və işçi qrup çərçivəsində dörd alt-qrupun yaradılmasına qərar verildi. Fikrimcə, İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, mövcud çağırışların səmərəli şəkildə cavablandırılması baxımından bu alt qrupların fəaliyyəti xüsusi önəm daşıyır".
 
Nazir ölkəmizin təşəbbüskarı olduğu TASİM layihəsinin həyata keçirilməsi istiqamətində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin birgə səylərinin təqdirəlayiq hal olduğunu qeyd edərək, layihənin iki qitə arasında ən qısa fiber-optik bağlantı olmaqla region ölkələri üçün strateji önəm daşıdığını və dənizə çıxışı olmayan ölkələrdə rəqəmsal boşluğun aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağını bildirib.
 
"Fürsətdən istifadə edərək diqqətinizə çatdırmaq istərdim ki, TASİM layihəsi üzrə yüksəksəviyyəli rəsmilərin növbəti illik görüşünün "Bakutel-2017" Beynəlxalq sərgi-konfransı çərçivəsində bu ilin 5 dekabr tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulur"- deyə nazir qeyd edib.
 
Son illər Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində görülən işlər barədə məlumat verən nazir Ramin Quluzadə Türk Şurasına üzv ölkələr arasında elektron ticarət dövriyyəsinin artırılması məqsədilə "Elektron imza" sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi sahəsində birgə iş aparılmasının vacibliyini vurğulayıb və bu xüsusda ilk addım olaraq təşkilata üzv dövlətlər arasında çoxtərəfli Sazişin imzalanmasını təklif edib.
 
Toplantıdan sonra Ramin Quluzadə ilə Əhməd Arslan arasında ikitərəfli görüş keçirilib, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahələrində qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərə dair müzakirələr aparılıb.
 
Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-11 sentyabr 2015-ci il tarixlərində Astana şəhərində keçirilmiş sonuncu zirvə görüşü zamanı informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun yaradılması qərara alınıb, İKT üzrə 1-ci Nazirlər Toplantısı ötən ilin noyabr ayında Bakı şəhərində keçirilib.








Baxış sayı: 342

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Yanvar 2018

19/01/18
“WhatsApp Business” messenceri istifadəyə verilib

“WhatsApp” şirkəti kiçik biznes təşkilatlarının müştərilərlə ünsiyyətinin sadələşdirilməsi üçün nəzərdə

19/01/18
“WhatsApp” pulköçürmələri sistemini sınaqdan keçirir

Ötən ilin aprelində məlum olmuşdu ki, “WhatsApp” Hindistanda P2P pulköçürmələri sistemini istifadəyə verməyə 

19/01/18
“Apple” qurğu istifadəçiləri üçün “ağıllı” diş fırçası təqdim edilib

“Colgate” şirkəti yalnız “Apple” şirkətinin mağazalarında və saytında satışa çıxarılacaq “ağıllı

19/01/18
“Samsung Galaxy On7 Prime” smartfonu rəsmən nümayiş olunub

“Samsung” şirkəti Hindistanda “Galaxy On7 Prime” smartfonunu rəsmən təqdim edib. 

19/01/18
İlin ən innovativ şirkətləri bəlli olub

“Apple” və “Google” artıq ikinci il ardıcıl olaraq “Boston Consulting Group” tərəfindən tərtib edilən 50 ən innova

19/01/18
Süni intellektli “Samsung” prosessoru buraxılacaq

“Samsung” şirkəti süni intellektə malik çipin hazırlanmasını başa çatdırmaq üzrədir. Bu barədə 

19/01/18
“Huawei” şirkəti sürətli enerji toplama texnologiyası hazırlayıb

Çinin “Huawei” şirkətinin tədqiqat bölməsi “Watt Lab” yeni nəsil sürətli enerji toplama texnologiyası 

18 01 2018

18/01/18
“Apple” istifadəçilərə “iPhone” prosessorunun məhsuldarlığını azaldan funksiyanı deaktiv etməyə imkan verəcək

“Apple” şirkətinin baş direktoru Tim Kuk bəyan edib ki, “iOS 11” mobil əməliyyat sisteminin növbəti 

18/01/18
“YouTube” spamer və təqlidçilərə qarşı mübarizə aparacaq

“YouTube” video hostinq platformasının administrasiyası vicdansız bloqerlər barəsində yürüdülən siyasəti 

18/01/18
“Sony” şirkətinin yeni sistem yeniləməsi prosessorları kritik boşluqdan qoruyacaq

Təhlükəsizlik sisteminin yenilənməsi prosessorları “Spectre” və “Meltdown” alqoritmlərindən qoruyacaq.

18/01/18
Yeni “LG” monitorları “HDR” texnologiyasını dəstəkləyəcək

“LG” şirkəti “High Dynamic Range” (HDR) texnologiyasını dəstəkləyən üç yeni monitor modeli 

18/01/18
“Samsung Exynos 7872” mobil prosessoru altı nüvə ilə təchiz edilib

“Samsung” şirkəti orta səviyyəli smartfonlarda istifadə üçün nəzərdə tutulan “Exynos 5 Series 7872

18/01/18
“Samsung Galaxy Note 8” smartfonunun “olimpiya” versiyası hazırlanıb

Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi tərəfdaşı qismində 

18/01/18
“Alcatel 3C” smartfonu rəsmən təqdim olunub

Çinin “Alcatel” brendli smartfonların istehsalı ilə məşğul olan “TCL Communication” şirkəti İtaliyada