12px13px15px17px
Tarix:14/11/17

İnformasiya texnologiyaları bazarında sürətli artım gözlənilir

“Forrester Research” tədqiqat şirkəti dünya informasiya texnologiyaları bazarında proqram təminatı və konsaltinq xidmətləri sayəsində sürətli artım proqnozlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin gözləntilərinə görə, 2017-ci ildə qlobal proqram və aparat təminatının, eləcə də servislərin satış həcmi ötən ilə nisbətən 3,4 faiz artacaq.  2018-ci ildə bu xərclər 4 faiz artaraq 3 trilyon təşkil edəcək.
 
Daha çox artımı proqram təminatı və İT konsaltinq xidmətləri nümayiş etdirəcək - növbəti ildə 6 faizə nisbətdə cari ildə 4,3 faiz.  
 
“Forrester Research” 2017-ci ildə İT avadanlığının satışında 2,6 faiz, 2018-ci ildə isə 3 faiz artım gözləyir. Bu halda dünya telekommunikasiya texnikasına xərclərin müvafiq olaraq 3,1 və 1,5 faiz artacağı proqnozlaşdırılır.
 
Tədqiqatçılar tərəfindən İT autsorsinq xidmətləri seqmentinin artımı cari ilin yekunları üzrə 2,2 faiz qiymətləndirilir. Telekommunikasiya sektoru xidmətləri 2017-ci ildə 2,2 faiz artsa da, 2018-ci ildə 2 faiz azala bilər. Eyni azalma İT autsorsinq sahəsində gözlənilir.
 
Bundan başqa, şirkət qlobal İT sahəsində üstünlük təşkil edən əsas tendensiyaları sadalayıb. Birincisi, analitiklər İT bazara müsbət təsir göstərən iqtisadi vəziyyətin yaxşılaşmasına diqqət yetirirlər. 2017-ci ildə dünya iqtisadiyyatında vəziyyət ötən ilin siyasi və iqtisadi sarsıntılarından sonra normallaşmağa başlayıb. Bu nisbi stabillik biznes və dövlət sektoruna 2018-ci ildə İT xərclərində daha fəal olmağa imkan verəcək.
 
Mütəxəssislər “bulud” xidmətləri üçün xərclərdə artımı ikirəqəmli templərlə proqnozlaşdırırlar. Lakin seqmentin inkişafı ənənəvi lokal İT məhsullarının satışına mane olur ki, bu da bazarın inkişafını dayandıran amildir. 
 
Eyni zamanda “bulud” hesablamaları bazara kömək edir. Belə ki, “bulud” hesablamaları sayəsində korporativ proqram təminatının satışı 2017-ci ildə 10 faiz artacaq, buradakı mədaxil isə artıq kompüterlərə quraşdırılan proqramlar üçün lisenziyaların satışını üstələyir.
Birləşdirici proqram təminatı, sistem inteqrasiyası xidmətləri və İT autsorsinq kimi digər kateqoriyalarda “bulud” həllərinin xərclərdə payı cüzidir. Bu isə ənənəvi seqmentlərin zəif artımını kompensasiya etməyə kifayət etmir.
 
Analitiklər xəbərdarlıq edir ki, zəif iqtisadi artım riskləri əksər regionlarda qalır, bu səbəbdən şirkətlər İT və digər büdcə xərclərində ehtiyatlı olmaqda davam etməlidirlər. Bununla yanaşı, ekspertlərin 2017-ci ilin sonunadək İT sahəsi üzrə proqnozları ilin əvvəli ilə müqayisədə daha optimistdir.
 
Nizam Nuriyev 




Baxış sayı: 89

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2018

20 10 2018

20/10/18
“Samsung” 7 nm-lik texnoloji proses üzrə prosessor istehsal edəcək

“Samsung” şirkətinin rəsmisi bildirib ki, 7 nm-lik “7LPP” texnologiyası üzrə hazırlanmış

20/10/18
“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar təqdim edəcək

“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar üzərində işləyir. 

20/10/18
Kriptovalyuta əldə etmək üçün “iPhone”a virus hücumlarının sayı 400% yüksəlib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point” kibertəhdidlərə həsr edilm