12px13px15px17px
Tarix:14/11/17

Gələn il üç yeni “Apple” smartfonu buraxılacaq

“Apple” şirkəti 2018-ci ildə “iPhone X” modeli əsasında üç yeni smartfon buraxa bilər. Bu barədə “Macrumors” portalı “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuonun hesabatına istinadən məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, proqnozlara görə, iki yeni model 5,8 və 6,5 düym diaqonallı (bir düym üçün müvafiq olaraq 458 və 480-500 piksel təsvir ölçülü) “OLED” ekranla, üçüncü model isə 6,1 düym diaqonallı (bir düym üçün 320-330 piksel) “LCD” displeylə təchiz ediləcək.
 
Bildirilir ki, dizayna görə hər üç smartfon “iPhone X” modelinə bənzəyəcək. Bundan başqa, onlar “True Depth” kamerasına malik olacaq.
 
Ekspertin proqnozuna görə, “LCD” modelinin qiyməti 649-749 dollar arasında dəyişəcək. “OLED” modellərinin ehtimal olunan qiyməti barədə məlumat verilmir.
 
“KGI Securities” şirkətinin əvvəlki proqnozuna görə, “Apple” şirkəti 2018-ci ildə “Touch ID” texnologiyasından (smartfonun barmaq izinə görə blokdan çıxarılması) imtina edərək “Face ID” (smartfon istifadəçisinin sifətini tanıyır) texnologiyasından istifadəyə keçəcək. Bundan əlavə, “OLED” modelləri üçün paslanmayan poladdan təkmilləşdirilmiş korpusun hazırlanacağı gözlənilir.  

Nizam Nuriyev 




Baxış sayı: 316

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Aprel 2018

21 04 2018

21/04/18
Bakıda Şərq Tərəfdaşlığına üzv ölkələrin telekommunikasiya üzrə iki iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən Avropa Komissiyasının dəstəyi ilə 

21/04/18
Süni xal xərçəng xəstəliyi barədə xəbərdarlıq edəcək

İsveçrə alimləri xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər 

21/04/18
Milyonlarla mobil proqram istifadəçilərin məlumatlarını təhlükə altına qoyur

"Kasperski Laboratoriyası" antivirus şirkəti tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub ki, 

21/04/18
Yeni texnologiya insanın üçölçülü modelini yaradır

Almaniya alimlərinin yeni texnologiyası virtual məkan üçün insanların üçölçülü modellərini yaratmağ